Ötən gün bank kartlarından 32306 manat oğurlanıb

10:20 - 16 Aprel 2025 - HADİSƏ

Aprelin 15-də vətəndaşların bank kartlarından 32306 manat oğurlanıb. 

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, vətəndaşların bank kartlarından oğurluqlar davam edir.  Aprelin 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 13700, 3450, 3017, 1827, 1600, 1396, 1288, 1140, 1121, 1010, 822, 493, 330, 303, 300, 221, 170, 118 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.

Xəbər xətti