Krasnodarda neft anbarına PUA hücumu olub - yanğın olub

06:50 - 19 Mart 2025 - DÜNYA

Krasnodar vilayətinin Kavkazskaya kəndinə Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumu nəticəsində kəndin yaxınlığında yerləşən neft anbarında pilotsuz uçan aparatların dağıntıları səbəbindən yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə regional əməliyyat qərargahından məlumat verilib.

Yanğın sahəsi 20 kvadratmetrdir. Çənlər arasındakı boru kəməri zədələnib. Avtomatik yanğınsöndürmə və soyutma sistemi işə salınıb.
Hadisə yerində 105 nəfər və 45 ədəd texnika, xüsusi və fövqəladə hallar xidmətinin canlı qüvvəsi işləyir.

Xəbər xətti