Husilər ABŞ-ın təyyarədaşıyan gəmisinə yeni zərbə endiriblər

05:20 - 19 Mart 2025 - DÜNYA

Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançıları Qırmızı dənizdə ABŞ-ın “USS Harry Truman” təyyarədaşıyan gəmisinə son 72 saat ərzində dördüncü zərbə endirərək ərəb respublikasına hava hücumunun qarşısını alıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya öz Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, hücum bir neçə qanadlı raket və pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirilib.

Sariya əməliyyat zamanı qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu deyib.
 “Amerika təyyarədaşıyıcısına edilən bu zərbə son 72 saat ərzində dördüncü zərbədir”, o əlavə edib.

Xəbər xətti