Polşada aparılan araşdırmanın nəticələri təəccüblü olub. Orta yaşı 50 olan 2405 nəfər müayinə olunub. Araşdırmanın məlumatlarına görə, evli kişilərdə obez olma riski subay kişilərə nisbətən 3 dəfə yüksəkdir.
Ucnoqta.az xəbər verir ki, Polşanın paytaxtı Varşavada Kardiologiya İnstitutunda aparılan araşdırma sosial mediada trend mövzusuna çevrilib.
Alimlər artan piylənmənin sübutu üçün yaşı 50 ətrafında olan 2405 insanı tədqiq ediblər.
Tədqiqat zamanı qeyri-sağlam qidalanma və hərəkətsizlik kimi amillərlə yanaşı, iştirakçıların psixi sağlamlığı ilə onların ailə vəziyyəti arasındakı əlaqə də araşdırılıb.
Sözügedən araşdırmadan əldə edilən məlumatlar İspaniyada keçirilən Avropa Obezite Konqresində paylaşılıb.
Açıqlamaya görə, evli kişilərdə obez olma riski subay kişilərə nisbətən 3 dəfə yüksəkdir.
Evliliyin kişilərin kökəlmə ehtimalını yüzdə 62 artırdığı bildirilib.
Evli və subay qadınlar arasında piylənmə riski baxımından heç bir fərq tapılmadı.