Neftin qiyməti 72 dolları ötüb

13:45 - 18 Mart 2025 - İQTİSADİYYAT

Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin mayında fyuçerslərinin qiyməti 2025-ci il martın 3-dən bəri ilk dəfə bir barel üçün 72 dolları ötüb.

Ucnoqta.az xəbər verir ki, birja məlumatlarına əsasən, Brent markalı neftin qiyməti 1,32% artaraq 1 barelə görə 72,09 dollara (+1,44%) ticarət edildi.
Eyni zamanda, WTI markalı xam neftin may fyuçersləri 1,51% artaraq barreli 68,39 dollar olub.

Xəbər xətti