“İnter Mayami”nin hücumçusu Lionel Messi İnstaqram səhifəsində zədə səbəbindən Argentina millisinin qarşıdakı oyunlarında iştirak etməyəcəyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, dünən 37 yaşlı Messinin Argentina millisinin 2026-cı il dünya çempionatının seçmə turnirinin mart oyunları üçün yekun heyətinə daxil edilmədiyi açıqlanıb.
“Çox təəssüf ki, Uruqvay və Braziliya ilə vacib oyunları buraxmalı olacağam. Çox istəyirdim ki, oynayım, amma kiçik zədə ucbatından milliyə gedə bilməyəcəm. Messi yazıb: “Hər bir azarkeş kimi komandanı dəstəkləyəcəm.
Argentina millisi Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) 2026-cı il dünya çempionatının seçmə mərhələsində turnir cədvəlinə başçılıq edir. Argentinalılar martın 22-də Uruqvay, martın 26-da isə Braziliya ilə qarşılaşacaq.