İrəvan Bakıya Sülh Müqaviləsinin imzalanması vaxtını müzakirə etməyi təklif edir

12:25 - 18 Mart 2025 - Xəbər

Ermənistan Azərbaycana sülh sazişinin imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyanın ofisinin bəyanatında deyilir.

“Sülh sazişinin mətni üzrə razılığın əldə edilməsi və mətnin razılaşdırılması üzrə danışıqların başa çatdırılması mühüm addımdır və Ermənistan Respublikası Azərbaycan Respublikasını sazişin imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağa çağırır”, - deyə məlumatda bildirilir.

Xəbər xətti