“Saray körpüsü” açıldı

12:16 - 18 Mart 2025 - Xəbər

Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən körpü açılıb.

Bu barədə Milli.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

O bildirib ki, körpü bu gündən istifadəyə verilib və açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin, eləcə də AAYDA-nın rəhbər şəxsləri iştirak ediblər.

Qeyd edək ki, yeni körpü 3 aşırımdan uzunluğu 104 metr-dir. Ümumi eni 21.6 m təşkil edən körpü 4 hərəkət zolaqlıdır. Körpünün sağ və sol hissələrində 2 metr enində piyada səkiləri tikilib.  

4 dayaq inşa olunan yeni körpü orta dayaqlarda diametri 1.5 m olmaqla 6 sütundan tikilib. Korpunun ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametri 1 metr olan svaylar tikilib. Svayların ümumi sayı 80 ədəd təşkil edir.  

Xəbər xətti