Qomada 770-dən çox insan həlak olub

17:56 - 1 Fevral 2025 - DÜNYA

 Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Şimali Kivu əyalətinin paytaxtı Qomada üsyançıların "23 Mart Hərəkatı" (M23) qrupunun yanvarın 26-da şəhərə daxil olmasından bu yana ölənlərin sayı 773-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə DRC Səhiyyə Nazirliyinə istinadən Reuters agentliyi məlumat yayıb.

Bildirilir ki, məlumatlar şəhər xəstəxanalarından və morqlardan daxil olub.
Səhiyyə Nazirliyi açıqlayıb ki, çoxlu sayda cəsəd hələ də Qoma küçələrində yatıb, çünki meyitxanalar dolub. Bir gün əvvəl BMT nümayəndəsi Qomada 700 ölü və 2800 yaralı olduğunu bildirmişdi.

M23 bölmələri şəhərə demək olar ki, tam nəzarət edir, təcrid olunmuş atışmalar yalnız onun ən şimal rayonlarında baş verir.
Ötən cümə axşamı üsyançılar Qomanı idarə etmək üçün komitənin yaradıldığını elan etdilər.
Yanvarın 30-da şəhərin cənub rayonlarında evlərə elektrik enerjisinin və suyun verilməsi bərpa olunub.

Xəbər xətti