Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb

17:03 - 31 Yanvar 2025 - Cəmiyyət

İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb.

Bu barədə "Report"a aktrisanın qızı Nigar Tofiq məlumat verib.

Onun sözlərinə görə, anası artıq palata şəraitində müalicə alır: "Yəqin ki, yaxın zamanlarda evə buraxılacaq".

Qeyd edək ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Xəbər xətti