Vaşinqton səmasında sərnişin təyyarəsi ilə toqquşan ABŞ ordusuna məxsus “Black Hawk” helikopteri icazə verilən həddən yuxarıda uçurdu.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Truth Social-da yazıb.
"Black Hawk vertolyotu çox hündür, daha çox hündürdən uçurdu. O, 200 fut hündürlük sərhədindən xeyli yuxarı uçurdu. Bunu başa düşmək o qədər də çətin deyil, elə deyilmi?" - prezident qeyd edib
Xatırladaq ki, yanvarın 29-da axşam saatlarında Vaşinqton səmasında American Airlines sərnişin təyyarəsi və ABŞ ordusuna məxsus Black Hawk helikopteri toqquşub.