Qəzzada atəşkəs razılaşması çərçivəsində İsrail həbsxanalarından 32-si ömürlük həbs cəzası çəkən 110 fələstinli məhbus azad edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin Məhbusları üzrə İnformasiya İdarəsi öz Telegram kanalında məlumat yayıb.
Qeyd olunur ki, buraya ömürlük həbs cəzasına məhkum edilmiş 32 nəfər, uzun müddətə azadlıqdan məhrum edilmiş 48 nəfər və 30 yetkinlik yaşına çatmayan şəxs daxildir.
Misirin “Əl-Qahirə əl-İxbariya” telekanalı xəbər verir ki, azad edilmiş azı 9 məhbus artıq Qəzza zolağına qayıdıb.