İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə məxsus 2 gəmini hərraca çıxaracaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Hərrac martın 4-də keçiriləcək. İnvestorlara 1987-ci ildə istehsal edilmiş "Əlif Hacıyev" elmi tədqiqat gəmisi (start qiyməti 295 min manat) və 1989-cu ildə istehsal olunmuş "Qraduşiy" təchizat gəmisi (start qiyməti 20 min manat) təklif olunacaq.