Vaşinqton üzərində təyyarə qəzası 15 ildən artıq müddətdə ABŞ-da kommersiya təyyarəsi ilə bağlı ilk böyük faciə olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə CBS News kanalı məlumat yayıb.
Məlumata görə, bu miqyasda sonuncu sərnişin təyyarəsi qəzası 2009-cu ilin fevralında ABŞ-da baş verib.
Daha sonra Newark, New Jersey - Buffalo, New York marşrutu üzrə Continental Airlines brendi altında gündəlik planlı uçuş həyata keçirən "Colgan Air" şirkətinə məxsus "Bombardier Dash 8-Q400" təyyarəsi eniş zamanı aşıb və yaşayış binasına çırpılıb.
Faciə 49 nəfərin həyatına son qoyub.
Telekanal qeyd edir ki, "American Airlines" şirkətinə məxsus təyyarənin iştirakı ilə sonuncu böyük aviaqəza 2001-ci ilin noyabrında Con Kennedi Beynəlxalq Hava Limanı yaxınlığında baş verib.
Daha sonra Nyu-Yorkdan Santo Dominqoya (Dominikan Respublikası) uçan təyyarə havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Faciə 265 nəfərin ölümü ilə nəticələnib.