Gürcüstanın parlament nümayəndə heyəti daha əvvəl respublika hakimiyyətini yeni parlament seçkiləri keçirməyə çağıran qətnamənin qəbul edilməsindən sonra AŞPA-dakı fəaliyyətini dayandırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan nümayəndə heyətinin rəhbəri, Gürcüstan parlamentinin vitse-spikeri Tea Tsulukianinin bəyanatında deyilir.
Tsulukianinin qeyd etdiyi kimi, Gürcüstan hakimiyyətinin opponentləri gürcü nümayəndə heyətinin səlahiyyətlərinin AŞPA-da ümumiyyətlə tanınmamasını istəyirdilər, lakin qurum səlahiyyətləri tanıyıb, lakin müəyyən şərtlərlə, bunlardan biri də yeni parlament seçkilərinin keçirilməsidir.