Çərşənbə günü Stokholmun cənubundakı Sodertalyedə güllə yaraları olan 38 yaşlı kişi tapılıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən şəxs aldığı xəsarətlərdən dünyasını dəyişən Quran yandırma tədbirlərinin təşkilatçısı Salvan Momikdir.
Cümə axşamı Stokholm Dairə Məhkəməsi etnik zəmində nifrətin qızışdırılması ittihamı ilə hökm çıxarmalı idi.
Amma təqsirləndirilənlərdən birinin öldüyü təsdiqləndiyi üçün hökm təxirə salınıb.
Polis hadisə ilə bağlı və mərhumun kimliyi ilə bağlı hələlik açıqlama verməyib. Məlumata görə, işin istintaqına təhlükəsizlik xidməti cəlb olunub, bir neçə nəfər saxlanılıb.
Hadisə yerinin ətrafı mühasirəyə alınıb, yaşayış binasının ətrafında axtarış aparılır.
Salvan Momika 2018-ci ildə İraqdan İsveçə gəlib və 2021-ci ildə üç illik yaşayış icazəsi alıb.
2024-cü ilin yayında onun müvəqqəti yaşayış icazəsi bir il müddətinə uzadılıb. İsveç prokurorluğu Momikanı "millət zəminində nifrətin qızışdırılması" maddəsi ilə ittiham edib.
O, 2023-cü ilin yayında Stokholmda dörd yerdə Quranın yandırılması ilə bağlı dörd insidentdə ittiham olunub.