Azərbaycanda çörəyin qiyməti artıb.
Ucnoqqta.az xəbər verir ki, artıq pərakəndə satış mərkəzlərində çörəyin qiyməti 65 qəpik olub. Belə ki, çörək istehsal müəssisəsi olan "Binə" çörək zavodunun istehsal etdiyi çörəklər 65 qəpiyə satılır.
Ötən gün “Nur çörəyi” zavodu da Globalinfo.az-a çörəyin qiymətinin artacağı ilə bağlı xəbəri təsdiqləmişdilər.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti Azərbaycanda un qiymətləri ilə bağlı mütəmadi məlumatlar yayır. Belə ki, yanvar ayında Azərbaycanda 50 kq-lıq un kisələrinin topdansatış qiymətləri 26-28 manat arasında olub. Unun qiymətində artım olmayıb.