Azərbaycanda zəlzələ oldu

18:19 - 1 Fevral 2025 - ÖLKƏ İÇİ

Qubada 3,2 maqnitudada zəlzələ olub.

Ucnoqta.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu bildirib.

Yeraltı təkanlar Quba stansiyasından 14 km cənub-qərbdə Quba rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib.

Xəbər xətti