"Real Madrid" Cənubi Afrikada futbol akademiyası açır

15:25 - 1 Fevral 2025 - SİYASƏT

 İspaniyanın "Real Madrid" futbol klubu Cənubi Afrikada ilk akademiyasını açır.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Akademiya Cənubi Afrikanın "Generation Schools" təhsil şəbəkəsi ilə əməkdaşlıqda yaradılmışdır. 6-17 yaş arası uşaq və yeniyetmələr qəbul olunacaq.
Akademiyanın açılacaq ilk filialı Atlantik okeanı sahilində yerləşən Keyptaunda olacaq.
Akademiyanın Yohannesburqdakı bazası 2025-ci ilin ikinci rübündə açılacaq.

Akademiyaya Cənubi Afrikadakı "Real Madrid" Fondunun texniki direktoru Alberto Ximenez rəhbərlik edir. 

Təlim proqramı üç əsas istiqaməti əhatə edir: fiziki və texniki hazırlıq, psixoloji sabitliklə birləşən taktiki və intellektual bacarıqlar, futbolun və Madrid klubunun dəyərlərinə hörmətin inkişafı.

Xəbər xətti