Azərbaycanda unun son qiymətləri

17:19 - 1 Fevral 2025 - ÖLKƏ İÇİ

Azərbaycanda unun son topdansatış qiyməti məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 30-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26-28.20 manat arasında dəyişir. Daha əvvəl bu rəqəm 25.95-28.20 manat təşkil edirdi.

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü Dəvəçi-Taxıl" MMC (26 manat), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 20 qəpik).

Beləliklə, qiymətlər son iki aya nəzərən dəyişməyərək eyni səviyyədə qalıb.

Bu ilin yanvarın 30-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:

"ATS MİLL" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.10 manat;

"Anadoluqida" və "AVETA" və "KARAT HOLDİNQ" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.15 manat;

"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28.20 manat;

"Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Karmen", "Orxan UN", "Xırman", "SKY AGRO" MMC-lər, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.05 manat;

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.60 manat;

"Dəvəçi-Taxıl" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26 manat;

"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.35 manat;

"Hazartürk LTD", "Sünbül 2012", "Taxıl AQRO" və "Avrora" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27 manat;

"NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.60 manat;

"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.70 manat;

"Qarabağ un" MMC- yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.80 manat.


Xəbər xətti