ABŞ prezidenti Donald Trampın andiçmə mərasimi ilə paralel olaraq Rustaveli prospektində bir neçə yüz nəfər Gürcüstan-ABŞ əməkdaşlığına dəstək yürüşü keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Paytaxtın mərkəzindəki Respublika meydanından başlayan yürüş iştirakçıları Rustaveli prospekti ilə parlament binasına qədər gedib və burada gündəlik etiraz aksiyasına qoşulublar. İnsanlar əllərində ABŞ və Gürcüstan bayraqları tutublar.
Tbilisinin mərkəzi prospektində nəqliyyatın hərəkəti qismən bağlanıb. Polis etirazçıların hərəkətinə mane olmayıb.