Təyyarə qəzası ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırmalar aparırıq - Baş prokuror

11:42 - 20 Yanvar 2025 - Xəbər

AZAL təyyarəsinin Aktauda qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiyanın müvafiq qurumları, hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparılır.

Ucnoqta.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hər üç ölkədə cinayət işi başlanılıb, istintaq aparılır: “Hər üç dövlət özünə aid sübutları toplayır, sonradan bu sübutların birgə tədqiqi aparılacaq və təqsirkar şəxslərin müəyyənləşdirilməsi istiqamətində işlər görüləcək”.///apa

Xəbər xətti