ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində Brüsseli İtaliyanın baş naziri Giorgia Meloni deyil, Aİ-nin ABŞ-dakı səfiri təmsil edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyo bildirib.
Trampın andiçmə mərasimi yanvarın 20-də günorta saatlarında baş tutacaq.