ABŞ-da TikTok-u qadağan edən qanun qüvvəyə minib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "TikTok" Amerika hakimiyyətinin tətbiq etdiyi qadağaya görə ABŞ-da fəaliyyətini dayandırıb.
Xidmət Apple App Store-da axtarış nəticələrində də görünmür.
Xidməti Google Play proqramlar mağazasında yükləmək mümkündür, lakin quraşdırıldıqdan sonra proqram işləmir.