Tramp ABŞ-ın cənub sərhədini qorumaq üçün qoşun göndərəcək

18:21 - 20 Yanvar 2025 - DÜNYA

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezidentliyinin elə ilk günündə ölkənin cənub sərhədində qoşunların yerləşdirilməsi haqqında sərəncam imzalamaq niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata əsasən, ABŞ silahlı qüvvələri ABŞ Şimal Komandanlığının koordinasiyası ilə sərhəd mühafizəsini təmin etmək üçün göndəriləcək.
 Müdafiə Nazirliyinə maksimum əməliyyat effektivliyinə nail olmaq üçün hərbi resursları federal hüquq-mühafizə orqanları və kəşfiyyat orqanları ilə inteqrasiya etmək tapşırılıb.

Tramp həmçinin sərhəd divarının tikintisini bərpa etməyi, Bayden administrasiyasının miqrantlar üçün humanitar şərti azadlığa buraxılmasını dayandırmağı və miqrantların işlərinə baxılması üçün ABŞ-dan kənarda gözləmələrini tələb edən “Meksikada qal” siyasətini bərpa etməyi planlaşdırır.

Telekanalın qeyd etdiyi kimi, bu tədbirlər sərhədlərə nəzarətin gücləndirilməsi və beynəlxalq cinayətkar qruplarla mübarizə məqsədi daşıyır.

Xəbər xətti