Qətər Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında anklavda əldə olunan atəşkəs razılaşmasının ilk 10 günü ərzində Qəzza zolağına 12,5 milyon litr yanacaq göndərəcək.
Ucnoqta.az xəbər verir ki, Bu barədə Əmirliyin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Əmir Şeyx Təmim bin Həməd Al Taninin göstərişlərinə uyğun olaraq, Qətər Dövləti atəşkəs razılaşmasının qüvvəyə mindiyi ilk 10 gün ərzində Qəzza zolağına 12 milyon 500 min litr yanacaq tədarük etmək üçün quru körpüsünü işə salıb.