Rusiya və İran tərəflərdən birinə, o cümlədən həmin ölkənin fiziki və hüquqi şəxslərinə birbaşa və ya dolayısı ilə yönəlmiş birtərəfli məcburetmə tədbirlərinin tətbiq edilməməsinə zəmanət verir.
Ucnoqta.az xəbər verir ki, bu müddəa iki ölkə prezidentinin imzaladığı Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişində öz əksini tapıb.
Həmçinin qeyd edilir ki, Rusiya və İran ekstraterritorial xarakter daşıyan birtərəfli məcburiyyət tədbirlərinin tətbiqinə qarşıdırlar və onların tətbiqini beynəlxalq səviyyədə qeyri-qanuni və dostluğa sığmayan hərəkət hesab edirlər.
Sənəddə deyilir ki, razılığa gələn tərəflər beynəlxalq münasibətlərdə bu cür tədbirlərin tətbiqi təcrübəsinin aradan qaldırılmasına yönəlmiş səyləri əlaqələndirir və çoxtərəfli təşəbbüsləri dəstəkləyirlər.
Bundan əlavə, Rusiya və İran, əgər bu cür tədbirlər tərəflərdən birinə birbaşa və ya dolayısı ilə təsir edərsə və ya ona yönələrsə, üçüncü tərəfin hər hansı sanksiyalarına qoşulmaqdan və ya dəstəkləməkdən çəkinməyə razılaşıb.