Bu gün Biləsuvar rayonunda təqaüddə olan müəllim Müsəddiq Maşı oğlu Müseyibov 72 yaşında vəfat edib
Ucnoqta.az xəbər verir ki, Müsəddiq Müseyibov Biləsuvar rayonu Xanlar Qafarov adına İsmətli kənd tam orta məktəbində fizika fənnini tədris edib. Ömrünün 40 ildən çoxunu pedaqoji fəaliyyətə həsr edən Müsəddiq Müseyibov uzun illər təlim tərbiyyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Müsəddiq Müseyibovun atası Maşı Müseyibov da uzun illər pedaqoji fəaliyyətlə məşğul olub.
Allah rəhmət eləsin!