Mirzoyan İsveçə səfər edəcək

18:48 - 10 Noyabr 2024 - DÜNYA

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 11-12-də İsveçə işgüzar səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə ER Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

Qeyd olunur ki, Ermənistan İsveçlə həm ikitərəfli gündəmdə, həm də müxtəlif formatlarda, o cümlədən Aİ daxilində siyasi dialoqun və tərəfdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

Xəbər xətti