Cadugərlik və falçılıqla məşğul olan 1,5 min nəfər saxlanılıb

17:14 - 1 Noyabr 2024 - DÜNYA

Rəsmi dini təhsil almayan 5 mindən çox molla fanatizmə görə saxlanılaraq Tacikistanın daxili işlər orqanlarında qeydiyyata alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə respublika prezidenti Emoməli Rəhmon oktyabrın 29-da Düşənbədə Yüksək İxtisaslı Hərbi Kadrların Hazırlanması üzrə Dövlət Müəssisəsinin açılışında bildirib. Prezident həmçinin, özlərini falçı və cadugər kimi təqdim edən 1,5 minə yaxın adamın saxlanıldığını bildirib.

“Dövlət başçısının göstərişindən sonra və daxili işlər orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə cadugərlik və falçılıqla məşğul olan 1,5 min nəfər tutulub, 5 mindən çox yarımsavadlı molla fanatizmə görə daxili işlər orqanlarında qeydiyyata alınıblar”, - o bildirib.

Xəbər xətti