AYNA Xocalı prospektində nişanlanma xətləri ilə bağlı açıqlama yayıb

09:39 - 20 Sentyabr 2024 - Xəbər

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının Xətai rayonu Xocalı prospektində nişanlanmalar yenidən təşkil edilib.
 

Bu barədə AYNA-dan bildirilib.

Qeyd edilib ki, velosiped zolağı və parklanma yerləri saxlanılaraq avtomobillərin hərəkəti üçün zolaqların sayı 2-yə çatdırılıb. Parklanma yerlərinə giriş-çıxış üçün zolaqda yerlər də ayrılıb.

Xəbər xətti