Gənclərə süni intellekt mədəniyyəti öyrədildi

20:05 - 19 Sentyabr 2024 - Cəmiyyət

“Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi 19 sentyabr 2024-cü ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı, Bakı şəhər Nizami rayon YAP təşkilatının rəhbərliyinin və Bakı Texniki Kollecinin təşkilatı dəstəyi ilə kollecin akt zalında “Süni intellekt mədəniyyətinin öyrənilməsi” layihəsi çərçivəsində ilk tədbiri keçirib.

Tədbirdə kollecin rəhbərliyi, müəllim və tələbələri, həmçinin rayon YAP təşkilatının gənc fəalları iştirak ediblər.

Bəşəriyyət qarşısında yeni inkişaf yolları açan IV Sənaye İnqilabı, onun məhsulu olan süni intellekt, həm də yeni sosio-texnoloji mədəniyyətdir. Layihənin əsas məqsədi XXI əsr rəqəmsallaşan dünyamızda yeni sosio-texnoloji mədəniyyətin - süni intellekt, süni davranışlı cansız “robot-insan”ın yaranması, istifadəsi və s. haqda məlumatlandırma və maarifləndirmədir. Məqsəd süni intellektin meydana çıxması, insana xas intellektual funksiyalara (öyrənmək, məsələləri həll etmək, təbii dili başa düşmək və s.) malik texnoloji sistemin mədəniyyəti haqda bilgi verməkdir.

Tədbiri Bakl Texniki Kollecin direktoru, professor Akif Cahangirov açmışdır. Sonra tədbirin aparıcısı Nizami rayon YAP təşkilatının məsul nümayəndəsi İlham Quliyev tədbirin əhəmiyyətini vurğulamış və tədbirin aparıcılarını təqdim etmişdir. Məruzəçilər professor Rəna Mirzəzadə və fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov “Süni intellekt mədəniyyətinin öyrənilməsi” mövzusunda çıxışlar ediblər. Mövzu ətrafında iştirakçılarla fikir mübadiləsi aparılıb.

Yekunda BTK direktoru Akif Cahangirov aktual mövzuda tədbir üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirib. Cavab olaraq professor Rəna xanım Mirzəzadə yaradılmış şərait üçün YAP Nizami rayon Təşkilatının, BTK-in rəhbərliyinə tədbirin keçirilməsinə şərait yaratdıqları üçün öz təşəkkürünü bildirib.


Xəbər xətti