Culfada “BMW” aşıb, 4 polis həlak olub

08:08 - 12 Sentyabr 2025 - ÖLKƏ İÇİ

Sentyabrın 12-də saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzada həlak olanlardan 4 nəfər polis əməkdaşı olub. Hadisənin yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsi nəticəsində baş verdiyi ehtimal edilir.///report

Xəbər xətti