Səhiyyə naziri bu xəstəxanaya yeni direktor təyin etdi

19:25 - 11 Sentyabr 2025 - Xəbər

"Şərur Regional Tibb Mərkəzi" publik hüquqi şəxsinin direktoru vəzifəsinə təyinat olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov müvafiq əmr imzalayıb.

Əmrə əsasən İsmayılov İlham Müzəffər oğlu "Şərur Regional Tibb Mərkəzi" publik hüquqi şəxsinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İlham İsmayılov peşəcə həkim-uroloqdur.

Xəbər xətti