İsveç Polşanın hava məkanını bəzi dronların pozması ilə əlaqədar təcili olaraq Polşaya təyyarə və hava hücumundan müdafiə sistemləri göndərəcək.
Ucnoqta.az xəbər verir ki. bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış məlumat verib.
“Mən indicə İsveçin müdafiə nazirindən Polşaya təcili əlavə yardımın, o cümlədən hava hücumundan müdafiə sistemləri və təyyarələrin göndərilməsi barədə məlumat aldım”, - Polşalı nazir TVN24 telekanalının efirində deyib.
Kosiniyak-Kamış Polşaya hansı təyyarə və hava hücumundan müdafiə sistemlərinin göndəriləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.