Polşa Belarus və Ukrayna ilə sərhəddə uçuşlara məhdudiyyətlər qoyub

10:45 - 11 Sentyabr 2025 - DÜNYA

Polşa Hava Nəqliyyatı Agentliyi dekabrın 9-dək Belarus və Ukrayna ilə sərhəddə uçuşlara məhdudiyyətlər qoyub.

Ucnoqta.az xəbər verir ki, bu barədə agentliyin saytında məlumat yayılıb.
Qeyd olunur ki, Silahlı Qüvvələrin Əməliyyat Komandanlığının tələbi ilə, 10.09.2025-ci il saat 22:00-dan 09.12.2025-ci il saat 23:59-a qədər Polşanın şərq hissəsində hava hərəkətinə qadağa zonası şəklində məhdudiyyət tətbiq ediləcək.
Agentlik aydınlaşdırıb ki, məhdudiyyət hərbi təyyarələrə şamil edilmir. Bu ərazidə mülki dronların uçuşlarına tam qadağa da tətbiq edilir.

Xəbər xətti