Hizbullah İsrail ordusunun kazarmalarına 25 raket zərbəsi endirib

16:46 - 19 Sentyabr 2024 - DÜNYA

"Hizbullah" Livanın cənubundakı məntəqələrinə hava hücumlarına cavab olaraq Qərbi Qalileydə İsrail əsgərlərinə qarşı əməliyyat keçirib.

Ucnoqta.az xəbər verir ki, qurumun teleqram kanalında yerləşdirilmiş kommünikesində İsrail ordusunun Zarit qəsəbəsindəki kazarmalarının çoxsaylı raket sistemlərindən atəşə tutulduğu bildirilir.

Qonşu Hanita və Ramiya yaşayış məntəqələrində İsrail mövqelərinə hücumlarda raket və top artilleriyasından istifadə edilib. Hizbullahın pilotsuz təyyarələri isə Kibbutz Beyt Hilleldəki artilleriya bazasına hücum edib.

Xəbər xətti