Norveç doqquzuncu gündən sonra İtaliyada keçirilən Olimpiya Oyunlarında medal sayına görə liderliyini qoruyub saxlayır.
Ucnoqta.az xəbər verir ki, norveçli idmançılar 12 qızıl, 7 gümüş və 7 bürünc medal qazanıblar. İtaliya 8 qızıl, 4 gümüş və 10 bürünc medal qazanaraq ikinci yerdədir. Amerikalılar 5 qızıl, 8 gümüş və 4 bürünc medalla üçüncü yerdədirlər.
Olimpiada 22 fevralda başa çatacaq.