AYNA-nın nişanlamaları narazılıq yaratdı - yol yenidən təşkil edildi - VİDEO

11:21 - 20 Sentyabr 2024 - AVTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının Xətai rayonu Xocalı prospektində nişanlanmalar sürücülərdə narazılıq yaradıb. Belə ki, yolun sol xətti velosiped, sağ xətti isə avtobus üçün ayrılıb. Bu da hərəkətin intensivliyinə təsir göstərib. Bundan başqa, parklanma yerinə keçmək üçün sürücülər məcbur olub avtobus zolağına daxil olmalıdırlar ki, bu da cərimələnmələrə səbəb olurdu.

AYNA-dan Ucnoqta.az-a bildirilib ki, Xocalı prospektində nişanlanmalar yenidən təşkil edilib. Velosiped zolağı və parklanma yerləri saxlanılaraq avtomobillərin hərəkəti üçün zolaqların sayı 2-yə çatdırılıb. Parklanma yerlərinə giriş-çıxış üçün zolaqda yerlər də ayrılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülər sürücülərin narahatlığına səbəb olmuşdu.

Xocalı prospektində yerdəki nişanlanma xətləri ilə bağlı edilən dəyişikliyin videosunu təqdim edirik:

Xəbər xətti