Düyünün qiyməti son 50 ildə ən yüksək səviyyəyə qalxıb

07:36 - 20 Sentyabr 2024 - DÜNYA

Avqustda Yaponiyada düyü qiymətləri bir il əvvəlki aydan 28,3% artaraq 1975-ci ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin İnzibati İşlər və Rabitə Nazirliyinin açıqlamasında deyilir. Bildirilir ki, buna ötən il həddindən artıq istilər səbəbindən məhsul istehsalının zəif olması səbəb olub.

Departament hesab edir ki, əhalinin bir hissəsinin təbii fəlakətlər zamanı təsərrüfat ehtiyatlarını artırmaq istəyi ilə də qiymətlər artıb.
Ümumilikdə, avqust ayında Yaponiyada ərzaq qiymətləri 2,9% artıb. Bu, xaricdən gətirilən kənd təsərrüfatı məhsullarının bahalaşması, həmçinin yayın həddindən artıq istilərinin təsiri ilə əlaqələndirilir.

Xəbər xətti