Bred Pitt sevgilisi ilə paparassilərin kamerasına tuş gəlib

00:38 - 20 Sentyabr 2024 - MAQAZİN

Hollivudda “Tənha canavarlar” filminin premyerası olub. 

Ucnoqta.az xəbər verir ki, aktyor Bred Pitt sevgilisi ilə Hollivudda “Tənha canavarlar” filminin premyerasında görüntülənib.

Ulduz tək yox, Colidən ayrıldıqdan qısa müddət sonra münasibət qurduğu sevgilisi, 34 yaşlı İnes de Ramonla gəlib.
Cütlük xalçada birlikdə poza verməsələr də, premyerada iştirak etdikdən sonra sevgililər birlikdə ayrılıblar.

Xatırladaq ki, Coli və Pitt 2016-cı ildən boşanıb.

Xəbər xətti