Vaşinqton və Bağdad ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etmir.
Ucnoqta.az xəbər verir ki, bu sözləri jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel deyib.
"Biz heç bir mərhələdə ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etməmişik, lakin biz ikitərəfli təhlükəsizlik tərəfdaşlığı adlandıracağımız şeyə keçidi müzakirə etməyə davam edirik" - Patel deyib.
Onun sözlərinə görə, bu müzakirələr davam edir.