Prezident və xanımı Xocalıda sakinlərlə görüşdülər

15:02 - 28 May 2024 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. 

Ucnoqta.az xəbər verir ki, dövlət başçısı Xocalı sakinlərinə mənzillərin açarlarını təqdim edib. 

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva sakinlərlə birlikdə Xocalı şəhərini gəziblər, burada görülən işlər və Xocalı şəhərinin Baş planı ilə tanış olublar. 

Xəbər xətti