Fransa XİN İranın Parisdəki səfirini çağırıb

00:01 - 15 Aprel 2024 - DÜNYA

 Fransa Xarici İşlər Nazirliyi Tehranın İsrailə hücumu ilə bağlı İranın Parisdəki səfirini çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Stefan Sejournet France 2 telekanalının efirində bildirib.

Eyni zamanda, nazir bildirib ki, Yaxın Şərqdə münaqişənin genişlənməsinə yol verməmək lazımdır. Onun sözlərinə görə, Fransanın prioriteti girovların azad edilməsi, atəşkəs və Qəzza zolağına humanitar yardımların daxil olmasını təmin etməkdir.

Xəbər xətti