Gürcüstan parlamentinin qarşısında aksiya keçirilir

20:31 - 30 Aprel 2024 - DÜNYA

Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə baxılması ilə paralel olaraq qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların və gənclər təşkilatlarının nümayəndələri parlament qarşısında aksiya keçirirlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.

Parlamentin yerləşdiyi Rustaveli prospektində spikerlərin çıxış edəcəyi və siyasi bəyanatlar verəcəyi səhnə quraşdırılıb. İnsanlar bayraqlar və pankartlarla dayanırlar. Onlar baxılan qanuna bir daha etiraz edirlər. Rustaveli prospekti bağlanıb.

Paralel olaraq parlamentin plenar iclasında xarici agentlərlə bağlı təşəbbüsə ikinci oxunuşda baxılır. Deputatlar qanun layihəsini maddə-maddə müzakirə edirlər.

Xəbər xətti