Qərb Kiyevi təkcə F-16-larla deyil, həm də ... - Pentaqon

00:01 - 1 May 2024 - DÜNYA

Kollektiv Qərb ölkələri Ukraynaya təkcə F-16 qırıcı-bombardmançılarını deyil, həm də onlar üçün bütün silah dəstini təhvil verməyə hazırlaşır. 

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun da təsdiqləyib.

“Biz F-16 qırıcılarını təhvil verdiyimizə görə, söhbət təkcə təyyarələrdən deyil, həm də pilotların hazırlanmasından, xidmət personalının hazırlanmasından, həmçinin Kiyevin daxil olduğu silah sistemlərinə zəmanət verilməsindən gedir” amerikalı general ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə deyib.

“Bu, təkcə Kiyevin bu təyyarələrdən istifadəsinə dair deyil, həm də onların bütün potensialına çatmaq üçün apardığımız dialoqdur”, - Braun vurğulayıb.
 

Xəbər xətti