Silahları təhvil verən ermənilərlə bağlı Rəsmi açıqlama

10:04 - 25 Sentyabr 2023 - Xəbər

Silahları təhvil vermiş və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir.

Ucnoqta.az xəbər verir ki, bu haqda Dövlət Təhlükəsizlik Xidmətinin Qarabağ bölgəsinin erməni əhalisinə etdiyi müraciətdə deyilir. 

Müraciətdə eyni zamanda erməni sakinlərinə müraciət edilərək sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırılıb.

Xəbər xətti