İranda daşqınlar nəticəsində azı 7 nəfər xəsarət alıb

14:39 - 18 Sentyabr 2023 - DÜNYA

İranın şimal-qərbində daşqınlar nəticəsində azı 7 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

Məlumata görə, təbii fəlakət İranın Xəzər dənizi sahilində yerləşən Astara şəhərinə də təsir edib. Su basmış ərazilərə 60 xilasedicidən ibarət 12 əməliyyat qrupu çıxıb.

Zərərçəkənlərdən biri xəstəxanaya yerləşdirilib. İtkilər barədə məlumat verilmir.

Daşqının hansı səbəbdən baş verdiyi barədə məlumat verilmir. 

Xəbər xətti