Zaqatalada minik avtomobilləri daşıyan yük maşını aşıb

10:00 - 30 May 2023 - HADİSƏ

Zaqatalada Gürcüstan Respublikasına məxsus yük maşını aşıb.

APA-nın məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd-magistral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi xarici dövlətlərdə istehsal edilən minik avtomobillərini daşıyan yük maşını hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı dirəyə dəyib. Qəzadan sonra yük maşının qoşqusu aşıb.

Qoşquda olan minik avtomobilləri zədələnib. Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti