Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb - VİDEO

13:07 - 26 Aprel 2024 - Xəbər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparıb.

Agentlikdən Ucnoqta.az-a verilən xəbərə görə, təmir işləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-ə qədər) aparılıb.

Sözügedən hissə uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə edilirdi. Bu isə yolda rahat və maneəsiz hərəkətə maneə yaradırdı.

Təmir çərçivəsində köhnə və yararsız asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunmaqla yol yenilənmiş şəkildə yenidən sürücülərin istifadəsinə verilib.


Xəbər xətti